“Barselona” 16 yaşlı futbolçuya bir milyard avro qiymət qoyub
“Barselona” 16 yaşlı futbolçusu Lamin Yamalla müqaviləni yeniləyib.

Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

O bildirib ki, “Barselona” Yamalın yeni sözləşməsini bu gün elan edəcək. Lakin müqavilə hələ iyulda imzalanıb. Futbolçunun sözləşməsinə bir milyard avro sərbəstqalma məbləği daxil edilib.
İspaniya La Liqasının bu mövsümündə Yamal səkkiz matçda meydana çıxıb və iki məhsuldar ötürmə edib.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google