“Real Madrid”lə bağlı şok rüşvət iddiası - klub bəyanat yaydı
İspaniyanın “Real Madrid” klubu keçmiş polis komissarı Xose Manuel Vilyarexonu məhkəməyə verib.

Bununla bağlı paytaxt təmsilçisi açıqlama yayıb.

“Real Madrid” Futbol Klubunun prezidenti Florentino Peres Kataloniya radiosunda səsləndirilən saxta ittihamlara görə keçmiş komissar Vilyarexoya qarşı dərhal məhkəməyə müraciət olunmasını əmr edib”, - deyə klubun saytında yerləşdirilən bəyanatda bildirilib.

Qeyd edək ki, Vilyarexo Florentino Peresi hakimlərə rüşvət verməkdə ittiham edib.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google