Messinin Səudiyyə Ərəbistanına gedib-getməyəcəyi bəlli oldu
Argentinalı hücumçu Lionel Messi “İnter Mayami”dən icarə əsasında Səudiyyə Ərəbistanı klubuna keçməyəcək.

Bu barədə BBC-nin jurnalisti Qilyem Balaqe məlumat verib.

“O, digər futbolçular kimi bir ay istirahət edəcək. Odur ki, Səudiyyə Ərəbistanına və ya başqa yerə hər hansı transferləri unudun”, - jurnalist deyib.

Xatırladaq ki, 2023-cü ilin yayında Messi “Əl-Hilal”a keçə bilərdi, lakin iki il Fransa PSJ-sində oynadıqdan sonra o, “İnter Mayami”yə keçməyə qərar verdi.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google