Marneulili oxçular Gürcüstan oyununun ikinci mərhələsinin çempionudur
Marneulili oxçular Salome Xarşiladze, gənclər arasında Gürcüstan oyununun ikinci mərhələsinin çempionudur. Bu barədə Marneuli İdman Məktəbi məlumat yayıb.

“Cari ilin 14-17 oktyabrında, Tbilisi şəhərində, yeni ox atıcılıq meydançasında 2023-cü ilin Gürcüstan gənclər kuboku oyununun ikinci mərhələsi baş tutub. Turnirdə Marneuli bələdiyyəsinin İdman Məktəbinin oxçusu Salome Xarşiladze (Fərdi məşqçisi: Qiorqi Qordeziani) turnir çempionu olub. Marneuli bələdiyyəsinin İdman Məktəbi Salomeni qazandığı uğura görə təbrik edir!”, – İdman Məktəbi yazır.

Yarış fərdidir, yalnız oğlanlar və qızlar üçün "Klassik yay" kateqoriyasında keçirilir. Atış məsafəsi 18 yaşa qədər idmançılar üçün 60 metr, 21 yaşa qədər idmançılar üçün 70 metr təşkil edir.

Print Email
FaceBook Twitter Google