Gürcüstan idmançıları Almaniyada keçirilən yarışda uğurla çıxış ediblər
20-22 oktyabr tarixlərində Gürcüstan idmançıları Almaniyanın Rüsselsheim şəhərində keçirilən Kikboksinq üzrə dünya çempionatında iştirak ediblər. “WFMC” Federasiyasının təşkil etdiyi çempionatda Gürcüstanı 4 idmançı və 1 məşqçi təmsil edib.

“Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar bu yolda illərdir, əziyyət çəkirlər və artıq öz zəhmətlərinin bəhrəsini görürlər. O, onların yanında olub, onlara dəstək olan insanlara təşəkkürünü bildirdi.

“Yarışmada Qardabani və Telavidən 4 idmançı iştirak edirdi. Onlardan ikisi Qardabani, ikisi də Telavidəndir. Onlar İsfahan Əliyevin rəhbərliyi altında qatılmışdı. İdmançılarımızdan Kənan Bayramov K-1 üzrə birinci yerə çıxdı. Resant Aşirov isə Kiklayt üzrə birinci yeri qazandı. İntiqam Qurbanov K-1 və Kiklayt üzrə döyüşdə iştirak etdi. Kiklayt üzrə ikinci yeri qazandı. K-1 üzrə yarışmada isə üçünü yerə layiq görüldü. Avtandil Mehdiyev isə K-1 üzrə üçüncü yerə çıxdı. Hər bir idmançımız uğurla çıxış edib. Komandamızın qazandığı yüksək nəticələr münasibəti ilə onları və əziyyəti keçən hər kəsi ürəkdən təbrik edirəm. Uğurlarının davamını arzulayıram”, – Tofiq Əkbərov dedi.

Almaniyanın Rüsselsheim şəhərində keçirilən Kikboksinq üzrə dünya çempionatında 30-dan çox ölkədən 1 200 idmançı iştirak edib.

Print Email
FaceBook Twitter Google