Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan
Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə
25-27 oktyabr tarixlərində ənənəvi “Mingəçevir Reqatası-2023”
beynəlxalq turniri keçiriləcək.
Məlumata görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil
olunacaq reqatada 8 ölkə - Azərbaycan, Gürcüstan, Qazaxıstan,
Litva, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 14 komanda mübarizə
aparacaq.
Yarışda 2005-2010-cu il təvəllüdlü 100-dən artıq idmançı iştirak
edəcək. Federasiyanın bu yaş kateqoriyalarına üstünlük verməyinin
əsas səbəbi seçim prosesi aparmaqla qarşıdakı illər üçün
rəqabətədavamlı yığma komandanın formalaşdırılmasıdır.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” ardıcıl iki ildir Avropa
Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.