“Mançester Yunayted” Ten Haqı Zidanla əvəzləmək istəyir
İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Erik ten Haqı Zinəddin Zidan və ya Ruben Amorimlə əvəzləmək variantlarını nəzərdən keçirir.

Bildirilir ki, “Mançester Siti” (0:3) və “Nyukasl”a (0:3) iki ağır məğlubiyyət baş məşqçini işdən çıxarılma riski ilə üz-üzə qoyub.

Niderlandlı mütəxəssisin rəhbərlik etdiyi klub mövsümə son 61 ildə ən pis göstəricilərlə start verib. Buna görə də klub ona əvəzedici axtarır.

Hazırda Premyer Liqada keçirilən on matçdan sonra “qırmızı şeytanlar” 15 xalla səkkizinci pillədə qərarlaşıblar. “Mançester Yunayted” həm də Liqa Kubokundan kənarda qalıb.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google