Lionel Messi “İnter Mayami”nin ən yaxşı oyunçusu seçilib - FOTO
Argentinalı ulduz futbolçu Lionel Messi 2023-cü il mövsümündə “İnter Mayami” klubunun ən yaxşı oyunçusu seçilib.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, futbolçu 2023-cü ilin yayında azad agent kimi “İnter Mayami” klubuna qoşulub.

Messinin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilə qədərdir.

Məlumat üçün əlavə edək ki, oktyabrın 31-də argentinalı hücumçu karyerasında səkkizinci dəfə “Qızıl top”u qazanıb. Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub.


Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google