Bonuççi “Fənərbağça”da çıxış edəcək
Leonardo Bonuççi qısamüddətli müqavilə əsasında “Fənərbağça”da çıxış edəcək.

Məlumatı insayder Farbisio Romano paylaşıb.

Onun sözlərinə görə, futbolçu ilə 2024-cü ilin iyun ayına qədər etibarlı olacaq razılaşma əldə edilib.

Bildirilib ki, Bonuççi çərşənbə günü tibbi baxışdan keçmək və müvafiq sənədləri imzalamaq üçün İstanbula səfər edəcək.

“Union Berlin”in italiyalı ilə müqaviləsini ləğv edəcəyi, Bonuççinin “Fənər”ə azad agent kimi keçəcəyi qeyd olunur.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google