Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzi (CIES Football
Observatory) son 10 ildə oyunçu
transferlərindən əldə edilən gəlirlərə görə dünyanın ən gəlirli 100
klub futbol akademiyasının reytinqini tərtib edib.
Məlumata görə, ən çox qazanan hesabat dövründə ümumi dəyəri 516
milyon avroya 30 futbolçu satan Portuqaliyanın “Benfika”
Akademiyası olub. Reytinqdə ikinci yerdə 376 milyon avro dəyərində
36 futbolçunu satan Amsterdamın “Ayaks” Akademiyası olub. Üçüncü
yeri 32 məzununu 370 milyon avroya satan Fransanın “Lion”u
tutub.
Mənbə: oxu.az