Argentinalı hücumçu, “İnter Mayami”nin futbolçusu Lionel
Messi FIFA tərəfindən ilin ən yaxşı oyunçusu mükafatına layiq
görülüb.
PSJ-nin fransalı hücumçusu Kilian Mbappe və “Mançester Siti”nin
norveçli hücumçusu Erlinq Holand da bu kateqoriya üzrə finalçı
olublar.
Xatırladaq ki, Messi 2023-cü ildə karyerasında səkkizinci dəfə
“Qızıl top”u qazanıb. O, həmçinin ötən ildə ilin ən yaxşısı
seçilib.
Mənbə: oxu.az