Xviça Kvaratsxelia 2023-cü ilin ən yaxşı 10 FİFA futbolçusu sırasına daxil olub
Gürcüstan millisinin futbolçusu və “Napoli”nin hücumçusu Xviça Kvaratsxelia 2023-cü ilin ən yaxşı FİFA oyunçuları onluğuna daxildir. Bu, müstəqil Gürcüstan tarixində ilk dəfədir ki, baş verir.

Xviça Kvaratsxelia 7 xalla siyahıda 10-cu yeri tutub. Lionel Messi 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.


Londonda Beynəlxalq Futbol Federasiyasının - "The Best FIFA Football Awards 2023" mükafatlandırma mərasimi keçirilib.

Ən yaxşıları mükafatlandırılma mərasimində milli komandaların kapitanları, məşqçiləri, mediası və azarkeşləri seçiblər.

2023-cü ildə Xviça Kvaratsxelia 17-ci yeri tutduğu "Qızıl top"un finalına da yüksəlmişdi.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google