Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı futbolçusu
Kərim Benzema Fransanın daxili işlər naziri Cerald Darmanini
məhkəməyə verib.
Buna nazirin hücumçunu “Müsəlman Qardaşlar” islamçı təşkilatı ilə
əlaqədə ittiham etməsi səbəb olub.
2023-cü ilin oktyabrında Darmanin CNEWS telekanalına bildirib ki,
Benzemanın “hamının bildiyi kimi, “Müsəlman Qardaşları” ilə
əlaqələri var”.
Qeyd edək ki, Benzema 36 yaşındadır və 2023-cü ilin yayında “Əl
İttihad”a keçib. Hücumçu komandanın heyətində 20 oyun keçirib, 12
qol vurub, beş məhsuldar ötürmə edib. Bundan əvvəl Benzema
İspaniyanın “Real Madrid” klubunda oynayıb, beş dəfə Çempionlar
Liqasının qalibi olub və 2022-ci ildə “Qızıl top”u qazanıb.
Mənbə: oxu.az