Braziliya millisinin futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçib - FOTO
Braziliya millisinin futbolçusu Renan Lodi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”a keçib.

Klubun mətbuat xidmətinin məlumatına görə, Fransa “Marsel”i müdafiəçisini satmağa razılıq verib.

Transfer “Əl-Hilal”a 23 milyon avroya başa gəlib. 25 yaşlı sol cinah oyunçusu yeni komandası ilə 3,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Renan Lodi bu mövsüm “Marsel”in heyətində bütün turnirlərdə 23 oyun keçirib.


Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google