Marneulili oxçu Gürcüstan çempionatının gümüş mükafatçısıdır
Marneulili oxçu Salome Xarşiladze Gürcüstan çempionatının gümüş mükafatçısıdır.

Marneuli İdman Məktəbindən bildirirlər ki, çempionat Tbilisidə keçirilib. Çempionatda onların məktəbinin oxçusu Salome Xarşiladze uğurla iştirak edib və üçüncü yerə çıxıb.

Salome Xarşiladzenin şəxsi məşqçisi Qiorqi Qordezianidir.

"Cari ilin 15-17 yanvar tarixlərində, Tbilisi şəhərində, İdman İnkişaf Mərkəzində böyüklər arasında 18 metr məsafəyə 2024-cü ilin Gürcüstan çempionatı keçirilib. Həmin çempionatla Gürcüstan milli yığması toplaşıb. Onlar fevralda 18 metr məsafədə Avropa çempionatına iştirak edəcəklər. May ayında isə Almaniyada 70 metr məsafədə, cari ilin iyun ayında isə Antalyada dünya kuboku yarışı baş tutacaq. Həmin turnirlərdə olimpiya lisenziyaları oynanılacaq",
— Marneuli İdman Məktəbindən bildiriblər.

Çempionatda 59 idmançı iştirak edib. Onlardan 28 oğlan, 31 qız olub.

Qalibləri Gürcüstan Mədəniyyət və İdman Nazirliyinin nümayəndəsi Tamar Qurqenidze, Gürcüstan Oxçuluq Federasiyasının prezidenti Simon Nozadze və Federasiyanın vitse-prezidenti Mamuka Naveriani mükafatlndırıb.

Print Email
FaceBook Twitter Google