“Milan”ın qapıçısını təhqir edən azarkeş cəzalandırıldı
İtaliya A Seriyasında “Milan”ın “Udineze”ni 3:2 hesabı ilə məğlub etdiyi matçda birincilərin fransız qapıçısı Mayk Minyana qarşı irqçi şüarlar səsləndirən azarkeşə cəza verilib.

Məlumata görə o, 5 il müddətinə stadionlardan kənarlaşdırılıb.

Sözügedən azarkeşin 46 yaşlı şəxs olduğu müəyyən edilib.

“Udineze” klubu açıqlamasında onun komandanın stadionuna ömürlük buraxılmayacağını bildirib.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google