Azar 17 il əvvəl təpiklədiyi gənclə görüşdü: İndi milyonerdir - FOTO
“Çelsi” və “Real Madrid” kimi klublardakı çıxışı ilə tanınan Eden Azar 17 il əvvəl “Suonsi” ilə matçda təpiklədiyi topdaşıyan gənclərdən biri ilə görüşüb.

O, Çarli Morqanla birgə fotolarını “Instagram”da yerləşdirib.

“Təqaüddə yaxşı vaxt keçirmək köhnə dostlarla ünsiyyətdir”, - futbolçu qeyd edib.

Maraqlıdır ki, Çarlinin artıq 27 yaşı var. O, milyonçu və premium araq brendinin sahibidir.


Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google