“Mercedes” 2024-cü il mövsümü üçün avtomobilinin dizaynını dəyişdi - FOTO
Almaniyanın “Mercedes” şirkətinin “Formula-1” üzrə dünya çempionatında çıxış edən komandası növbəti mövsümdə yarışacağı avtomobili təqdim edib.

Yeni bolid “W15” indeksini alıb.

Qeyd edək ki, keçən mövsümlə müqayisədə avtomobilin dizaynı dəyişib. Belə ki, “W14” demək olar ki, tamamilə qara idi, indi isə boz rəngə qayıdıb.

Xatırladaq ki, “Mercedes” 2023-cü il mövsümündə Mühəndislər Kubokunda ikinci yeri tutub. Kuboku Avstriyanın “Red Bull” yarış komandası qazanıb.

Daha əvvəl məlum olmuşdu ki, yeddiqat dünya çempionu britaniyalı Lyuis Hemilton 2024-cü il mövsümünün sonunda “Mercedes”i tərk edərək “Ferrari” pilotu olacaq, moneqask Şarl Lekler isə onun tərəfdaşı qismində çıxış edəcək.



Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google