İlia Topuria Aleksander Volkanovskini məğlub edərək, yüngül çəkidə UFC çempionu oldu
İlia Topuria yüngül çəkidə UFC-nin yeni çempionudur. Kəmər uğrunda döyüşdə 27 yaşlı gürcü döyüşçü avstraliyalı Aleksander Volkanovskini məğlub edib.

Çempionluq mübarizəsinin ilk raundunda mübarizə gərgin və hətta bərabər keçdi, hər iki döyüşçü şansını gözləyirdi və risk almırdı. İkinci raundda Topuria sürətini artırdı və raundun ortasında Volkanovskini nokautla məğlub etdi.

Bu, İlia Topuria üçün MMA-da ardıcıl 15-ci qələbə idi, o, karyerasında hələ uduzmayıb. Volkanovskiyə gəlincə, avstraliyalı ardıcıl 5 dəfə çempionluq kəmərini qoruyub.

Döyüşdən sonra Topuria Konor Makqreqora meydan oxudu.


Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google