“Bavariya” klubunun kapitanı məşqçisi ilə dalaşıb
Almaniyanın “Bavariya” klubunun kapitanı Coşua Kimmix köməkçi məşqçi Zolt Lövlə dalaşıb.

Hadisə Bundesliqanın XXII turunda “Bohum”la keçirilən oyundan sonra baş verib.

2:3 hesabı ilə məğlub olduqları qarşılaşmanın 63-cü dəqiqəsində əvəzlənən 29 yaşlı futbolçu buna narazılığını bildirib. Bu da Lövlə onun arasında mübahisəyə səbəb olub. Hadisənin böyüməsinin qarşısı son anda alınıb.

Kimmixin bu davranışından sonra baş məşqçi Tomas Tuxellə münasibətləri tamamilə korlanıb. Komandadakı mövqeyindən narazı olan futbolçu məşqçilər korpusu dəyişməyəcəyi təqdirdə, mövsümün sonunda digər variantlara üstünlük verəcək.

Qeyd edək ki, Coşua Kimmix 2015-ci ildən “Bavariya”da çıxış edir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google