Kvaratsxeli "adidas" ilə müqavilə imzaladı [VİDEO]
Gürcüstan millisinin və İtaliyanın "Napoli" klubunun futbolçusu Xviça Kvaratsxeliya Almaniyanın məşhur "Adidas" brendi ilə müqavilə imzalayıb.

Adidas-ın İnstaqramda yerləşdirdiyi videoda aksiya Neapolda baş verir və burada gürcü futbolçuya ağ-göy rəngli yeni Adidas Predator butsları təqdim olunur.

Tərəflər arasında imzalanan müqavilənin təfərrüatları hələlik məlum deyil.


Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google