Kambocada rinqə çıxan Gürcüstanlı idmançı döyüşü heç-heçə yekunlaşdırıb (FOTO)
17 fevral tarixində Kambocada muaytay üzrə peşəkar rinqə çıxan Gürcüstanlı idmançı Emil Xəlilov döyüşü heç-heçə yekunlaşdırıb. Bu barədə “Marneuli” radiosuna “Qaracalar” idman klubunun rəhbəri İsfahan Əliyev məlumat verdi. Onun sözlərinə görə, hakimlərin qərarı ilə yarış heç-heçə yekunlaşıb.

“Emil Xəlilov ölkəmizi muaytay və kikboks üzrə Kambocada təmsil edən ilk idmançı oldu. Onun rəqibi olan kambocalı Soth Bunthy 220 peşəkar döyüşdə iştirak edib. İdmançımız rəqibinə qarşı üstünlük göstərsə də, hakimlərin qərarı ilə döyüş heç-heçə başa çatdı. Bu döyüşdə iştirak etməyin özü də bir uğurdur. Emilin məşqləri davam edir. Uğurlar hələ qabaqdadır”, – Qardabanili məşqçi İsfahan Əliyev dedi.

Əliyevin sözlərinə görə, onun daha bir yetirməsi olan Kənan Bayramov da Kambocada döyüşdə iştirak etmək üçün təklif alıb və indi yarışa hazırlaşır.

“Kənan Bayramova Kambocada keçiriləcək döyüş gecəsində iştirak etmək üçün təklif gəldi. Yarış fevral ayının 24-nə planlaşdırılır. Hal-hazırda Kənan Bayramov həmin döyüşə hazırlaşır. Onu bu döyüşə əfsanəvi idman müəllimi və dünya ulduzlu idmançılardan biri olan Ruslan Kryvusha hazırlayır. Bununla yanaşı Emil Xəlilov da onun yanında hazırlıq keçir. Hazırlıqlar Taylandın Pxuket şəhərində keçirilir”.

“Qaracalar” idman klubunun baş məşqçisinin dediyinə görə, onun daha bir idmançısı Taylanda gedib. Onun da uğurlarını gözləyir.

“Mənim daha bir idmançım, "İska" K1 Dünya çempionu olan Özcan Əhmədov da Taylanda döyüşmək və hazırlıq keçmək üçün getdi. O, da mənim istəyimlə getdi. İndi hər üçü də eyni yerdə hazırlıq keçəcəklər. İdmançılarım Çində keçiriləcək yarışa dəvət alıblar. Bununla yanaşı Kənan Bayramov apreldə "One Championship"də döyüşəcək. İdmançılarımızın bu cür yarışlarda iştirak etməsi və uğur qazanması bizim və ölkəmiz üçzn qürurvericidir”, – Əliyev dedi.

Qeyd edək ki, Emil Xəlilov və Kənan Bayramov Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun idmançısıdır. Onların baş məşqçisi isə İsfahan Əliyevdir. Hər iki idmançı bir sıra xarici ölkədə yarışlarda iştirak edib və uğurlar qazanıb.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google