Messi səkkizinci “Qızıl top”unu “Barselona” muzeyinə bağışladı
“İnter Mayami”nin hücumçusu Lionel Messi səkkizinci “Qızıl top” mükafatını “Barselona” klubunun muzeyinə bağışlayıb.

Məlumata görə, hazırda kubok argentinalının əvvəllər aldığı digər yeddi “Qızıl top”la birlikdə saxlanılır.

Messinin hazırda Kataloniya klubunda oynamamasına baxmayaraq, o, mükafatları bir yerə toplamaq qərarına gəlib.

Xatırladaq ki, ötən ilin oktyabrında Messi səkkizinci dəfə dünyanın ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatını qazanıb. O, bundan əvvəl də 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə bu mükafata layiq görülüb.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google