Türkiyə Futbol Federasiyası (TFF) əvvəlcə Səudiyyə Ərəbistanında
oynanılması planlaşdırılan,
lakin məlum səbəblərdən ləğv edilən “Fənərbağça” - “Qalatasaray”
Superkubok matçının 7 aprel bazar günü saat 21:00-da Şanlıurfada
oynanılacağını açıqlayıb.
Qarşılaşmanın Şanlıurfa 11 Nisan Stadionunda oynanılacağı qeyd
edilib.
Xatırladaq ki, sözügedən matç ötən il dekabrın 30-da ləğv edilib.
Buna səbəb kimi Səudiyyə Ərəbistanının hər iki komandaya Türkiyə
Respublikasının 100 illiyi ilə bağlı Atatürkə dair pankarta,
formaya və İstiqlal Marşının oxunmasına qoyulan qadağası
göstərilir. Bu qadağadan sonra hər iki komanda vahid mövqedən çıxış
edərək Türkiyəyə qayıtmaq qərarı verib. Nəticədə Səudiyyə
Ərəbistanındakı Superkubok matçı ləğv edilib.
Mənbə: oxu.az