Mirzə Hacıyev Bolqarıstanlı rəqibini məğlub edərək qələbə qazanıb
Kareli bələdiyyəsində yaşayan Mirzə Hacıyev "MMA" üzrə yarışda bolqar rəqibinə qalib gəlib. O, “Marneuli” radiosuna müsahibəsində bildirdi ki, sərbəst güləşlə 5 yaşından məşğul olmağa başlayıb.

“Mən idmanla məşğul olmağa sərbəst güləşlə başladım. 13 il idi ki, məşq edirdim. İndi artıq, 1 il yarımdır "MMA"-ya keçid etdim. Demək olar ki, bütün həyatımı idmana həsr etmişəm. İlk mübarizəm Rusiyanın paytaxtı Moskvada baş tutmuşdu. O, yarışda qalib gəlmişdim. Daha sonra Gürcüstan çempionatında yarışdım. Ümumilikdə, həvəskar olaraq 7 dəfə mübarizə aparmışam, onlardan haradasa birində məğlub olmuşam”, - Mirzə Hacıyev bildirdi.

Qeyd edək ki, Mirzə Hacıyev 2009-u ildə anadan olub. Onun bolqar rəqibi ilə mübarizəsi 4 aprel tarixində baş tutmuşdu.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google