“Yanacağın qiymətinin 10-15 tetri artacağı gözlənilir”
Gürcüstanda yanacaq 10-15 tetri bahalaşa bilər. Bu barədə “Business Press News”a “Senta Oil”in təsisçisi Zaal İakobidze məlumat verib. Söhbət Rusiya hökumətinin qərarından gedir. Həmin qərara görə, martın 1-dən etibarən yanacağın ixracı 6 ay müddətinə qadağan ediləcək.

Zaal İakobidzenin sözlərinə görə, Rusiya bir neçə ay əvvəl də analoji qərar qəbul edib, beləliklə, Gürcüstandan yanacaq idxal edənlər artıq təcrübə qazanıblar, ona görə də Rusiya yanacağının əvəz edilməsi daha asan olacaq.

Rusiyanı hansı ölkələrin əvəzləyəcəyinə gəlincə, “Senta Oil”in yaradıcısı bildirib ki, bu, Bolqarıstan, Rumıniya və Türkmənistan ola bilər.

“Artıq bir dəfə analoji qərar qəbul edilmişdi, təxminən 5 ay əvvəl idi, sonra gürcü idxalçılar başqa ölkələri axtarmağa başladılar və prinsipcə, heç bir xüsusi problem yaranmadı. Eyni şey indi də olacaq və yəqin ki, daha asan olacaq, çünki bizim artıq təcrübəmiz var və Rusiyanın əvəzinə diqqətimizi başqa ölkələrə yönəldəcəyik. Bu ölkələr Bolqarıstan, Rumıniya, Türkmənistandır.

Qiymətə gəlincə, proqnoz bir qədər çətindir, lakin digər amillər vəziyyəti pisləşdirməsə, beynəlxalq bazarda qiymətin qalxmasını və ya Gürcüstanda larinin məzənnəsinin pisləşməsini nəzərdə tuturam, təqribən 10-15 tetri artımı gözlənilir”,
- deyə Zaal İakobidze bildirib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google