Gürcüstanda dəniz limanının tikintisi üçün müsabiqə elan olunacaq
Yaxın günlərdə Anakliya dərin özüllü dəniz limanının tikintisi ilə əlaqədar müsabiqə elan olunacaq.

Bunu jurnalistlərə müsahibəsində Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili söyləyib. Onun sözlərinə görə, yaxın vaxtlarda dəniz infrastrukturunda işə başlayacaq tikinti şirkəti seçiləcək.

“Hər iki istiqamətdə intensiv iş aparılır. Prosesləri sürətləndirmək üçün texnoloji hissədə bizə kömək edən yüksək reputasiyaya malik beynəlxalq (məsləhətçi) şirkəti işə götürdük. Müvafiq olaraq, HAEDES ilə birgə tender təklifi hazırlanıb. Bu, Belçikanın aparıcı şirkətidir və biz artıq tikinti müsabiqəsi elan etməyə başlayırıq”, - deyə L.Davitaşvili vurğulayıb.

Onun sözlərinə görə, hökumətin son iclasında yekun detallar razılaşdırılıb. Mayın sonuna qədər hökumət öz təkliflərini verəcək və bu il tərəfdaşların seçimi də baş tutacaq.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google