2 ayda Tbilisidə parkinq üçün 2,9 milyon lari məbləğində cərimə yazılıb
İki ay ərzində Tbilisidə parkinq üçün 2,9 milyon lari məbləğində cərimə yazılıb.

Gürcüstanın vahid büdcəsinin daxilolmalarına əsasən (konsolidasiya edilmədən) 2024-cü ilin yanvar-fevral aylarında paytaxtda parkinq qaydalarının pozulmasına görə verilən cərimələrdən büdcəyə 2 milyon 931 min 627 lari, 2023-cü ilin eyni dövründə isə 2 milyon 292 min 560 lari daxil olub.

Bundan başqa, ümumilikdə yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə daxil olan pulların məbləği də artıb. Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə 34,506 milyon lari, ötən ilin 2 ayında isə 33,791 milyon lari daxil olub.

Məlumat üçün bildirək ki, 2022-ci ilin payızından parkinq qaydalarının pozulmasına görə cərimələr artıb, 10 lari əvəzinə 50 lari olub.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google