"Georgian Airways" aviaşirkəti Avro-2024-də Gürcüstanın oyunlarına gələnlər üçün birbaşa uçuşlar həyata keçirəcək
“Georgian Airways” Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatında Gürcüstan millisinin oyunlarına qatılmaq istəyənlər üçün xüsusi birbaşa uçuşlar həyata keçirəcək. Aviaşirkət Dortmund, Hamburq və Düsseldorfa uçuşlar həyata keçirəcək.

Aviaşirkətdən verilən məlumata görə, uçuşlar aşağıdakı cədvəl üzrə həyata keçiriləcək:
  • 17 iyun Tbilisidən Dortmund (19 iyun Dortmunddan Tbilisiyə gediş)
  • Tbilisidən Hamburqa - 21 iyun (Hamburqdan Tbilisiyə gediş 23 iyun)
  • 25 iyun Tbilisidən Düsseldorfa (27 iyun Düsseldorfdan Tbilisiyə gediş)
“Georgian Airways” aprelin 1-dən sözügedən reyslərə biletlərin satışına başlayacaq.

Gürcüstan millisi Avropa çempionatının qrup mərhələsində iyunun 18-də Dortmundda Türkiyə, 22-də Hamburqda Çexiya, 26-da Gelzenkirxendə Portuqaliya ilə qarşılaşacaq.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google