Ermənistan Mərkəzi Bankı Vardanyanın bankının "Bank of Georgia Group"a satılmasına razılıq verib
Ermənistan Mərkəzi Bankı Gürcüstanın “Bank of Georgia” bankının sahiblərinə “Ameriabank”ın satışı ilə bağlı ilkin razılıq verib.

Mərkəzi Bank bu qərarı Şuranın martın 29-da keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, korporativ, investisiya və pərakəndə bank xidmətləri göstərən "Ameribank"ın Baş qərargahı İrəvanda yerləşir. Bankın hazırda Bakıda həbsdə olan milyarder, Qarabağ separatçılarının rəhbərlərindən olmuş Ruben Vardanyanın nəzarətində olduğu bildirilir.

"Bank of Georgia" isə Gürcüstanın ən böyük kommersiya banklarından biridir və Böyük Britaniyada qeydiyyatdan keçib.

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google