Georgian Wings Tbilisi-Praqa istiqamətində birbaşa uçuşlara başlayır
Gürcüstanın Geosky aviaşirkətinin sərnişin marşrutu olan Georgian Wings mayın 7-dən Tbilisi-Praqa-Tbilisi istiqamətində birbaşa müntəzəm reyslərə başlayır.

Aviaşirkətdən verilən məlumata görə, Georgian Wings Tbilisi Beynəlxalq Hava Limanından Praqa Beynəlxalq Hava Limanına həftədə iki dəfə, hər çərşənbə axşamı və şənbə günləri uçuşlar həyata keçirəcək. Aviaşirkət müştərilərə 148 sərnişin üçün nəzərdə tutulmuş Boeing 737 təyyarəsi ilə xidmət göstərəcək.

“Sözügedən qərar Çexiya və Gürcüstan arasında həm işgüzar əlaqələrin dərinləşməsi, həm də ikitərəfli turist axınının artırılması baxımından çox vacibdir. Yeni marşrut təkcə işgüzar əməkdaşlıq imkanlarını genişləndirmir, həm də gürcü və çexiyalı səyahətçilər üçün Gürcüstan və Çexiyanın zəngin mədəni irsini kəşf etmək, paytaxtlarla tanış olmaq və araşdırmaq üçün geniş imkanlar açır”, - aviaşirkətin prezidenti Şalva Kiknadze bildirib.

Məlumat üçün bildirək ki, hazırda aviaşirkətin Bakı və Kişinyova birbaşa reysləri var.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google