Gürcüstandan Azərbaycana hava nəqliyyatı ilə sərnişin daşınma 52 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana hava nəqliyyatı ilə ən çox Rusiyadan sərnişin daşınıb.

Bu barədə məlumatı Azərbaycan respublikasının Dövlət Turizm Agentliyi yayıb. Hesabatda qeyd olunub ki, I rübdə Rusiyadan Azərbaycana 191 min 670 sərnişin daşınıb.

Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 % artım deməkdir.

Hesabat dövründə Azərbaycana Türkiyədən 157 min 687 (il ərzində 17,8 % artıb), Birləşmiş Ərəb Əmirliklərindən 95 min 197 (39 % artıb), Gürcüstandan isə 50 min 454 (52,5 % artıb) sərnişin daşınıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print Email
FaceBook Twitter Google