Gürcüstan Milli Bankı ilk dəfə beynəlxalq ehtiyatlarına monetar qızıl əlavə edib
Gürcüstan tarixində ilk dəfə olaraq ölkənin Milli Bankı beynəlxalq ehtiyatlarına monetar qızıl əlavə edib.

Bu barədə tənzimləyici qurum məlumat yayıb.

Milli Bank London əmtəə birjasından 500 milyon ABŞ dolların dəyərində ən yüksək əyarlı (999,9) 7 ton qızıl külçə alıb. Beləliklə, monetar qızıl bütün beynəlxalq ehtiyatların təxminən 11 %-ni təşkil edir.

Hazırda külçələr Londonda saxlanılır, amma gələcəkdə ölkəyə - Milli Bankın anbarına gətiriləcək.

"Ötən il Milli Bank valyuta bazarından rekord məbləğdə - 1,5 milyard ABŞ dolları alıb ki, bu da ehtiyatların əhəmiyyətli dərəcədə artmasına səbəb olub və onların bir qismini monetar qızıldakı aktivlərlə əvəzləmək imkanı verib", - deyə Milli Bankın açıqlamasında qeyd olunub.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google