Batumidə qanunsuz odlu silah və sursat ələ keçirilib (VİDEO)
Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin Xelvaçauri rayonun əməkdaşlarının həyata keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində 1989-cu ildə anadan olmuş X.T.-nı qeyri-qanuni şəkildə odlu silah və sursatın əldə olunması, saxlanılması və daşınması ittihamı ilə Batumidə saxlayıb.

Hüquq mühafizə orqanları tərəfindən saxlanılan qadının üzərinə baxış keçirilən zamanı “Parabelium” sistemli odlu silah və 35 patron müsadirə olunub. DİN-dən bildirirlər ki, silah və güllələr üçün müvafiq ekspertiza təyin edilib.

İstintaq Gürcüstan Cinayyət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Həmin maddə odlu silahdan və döyüş materialların qanuna zidd olaraq əldə edilməsi-saxlanılması və daşınmasını nəzərdə tutur.

Saxlanılan şəxsi 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir.

Mənbə: police.ge
Print Email
FaceBook Twitter Google