Çətin əməliyyatla xilas edilən itin ürəyi dayanıb
Ağır xəsarətlərlə Bağdati bələdiyyəsindən paytaxta aparılan it baytarlıq klinikasında bir neçə saat əvvəl ölüb. Onun çətin əməliyyat keçirdiyi “Vet-Med” klinikasında ürəyinin dayandığını bildiriblər.

Klinikanın direktoru Otar Menabde, "Bir neçə saatdan sonra ekspertin cavabı olacaq... ürəyin dayandığı klinik olaraq bizə aydın idi... ehtimal edirik ki, bu, beyin zədəsi nəticəsində yaranan ürək dayanmasıdır", AzadlıqRadiosuna bildirib.

Dekabrın 24-də sosial şəbəkələrdə sahibsiz itin ağır yaralandığı və ağzından qan axdığı görünən videogörüntülər yayılıb. O, bir neçə saatdan sonra Tbilisiyə köçürülüb və neyrocərrahiyyə əməliyyatı aparılıb - sümüyün zədələnmiş hissəsi və hematoma itin kəllə sümüyündən çıxarılıb.

İtin vəziyyəti ağır idi.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bildirilib ki, onlar Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə araşdırmalara başlayıblar. Bu maddəyə görə, heyvanlara işgəncə vermək həbslə cəzalandırılır.


Print Email
FaceBook Twitter Google