Dəstə quldurluğu və polislərə hücum faktlarına görə 3 nəfər saxlanılıb
Batumi Şəhər Məhkəməsi üç nəfəri dəstə quldurluğu, qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək, habelə polis əməkdaşlarına hücum etməkdə təqsirli bilib. İki nəfər 10 il, biri isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Agentliyin məlumatına görə, Kobuleti bələdiyyəsinin Açvistavi kəndində yerləşən yaşayış evində odlu silahla silahlanmış müttəhimlər zərərçəkmişlərə hücum ediblər, zərərçəkmişlərdən biri başından odlu silahla xəsarət alıb, bundan sonra onlar həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq etməklə hədələyərək qızıl-zinət əşyaları və 300.000 lari pul tələb ediblər.

“Araşdırılan sübutlar onu da təsdiq edib ki, 2023-cü il iyunun 17-də Batumi şəhərində Daxili İşlər Nazirliyinin Acarıstan Muxtar Respublikasının Polis İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında adıçəkilən şəxslərin qarşısını alıblar, bu zaman təqsirləndirilən şəxslər polislərin istiqamətinə odlu silahdan atəş açıblar. Atışma nəticəsində polislərdən biri həyatı üçün təhlükə yaradan ciddi sağlamlıq xəsarəti alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hər üç şəxsi eyni vaxtda saxlayıblar.

Onlar Gürcüstan Cinayət Məcəlləsinin ikinci hissəsinin “b”, “a”, “b” və “c” bəndləri, üçüncü hissələrinin “b” və “c” maddələri ilə, 236 maddəsinin üçüncü və dördüncü hissələri və altıncı hissəsinin “b” bəndləri ilə və 353-cü maddəsinin birinci və ikinci hissələri ilə təqsirli bilinərək ittiham olunublar və barələrində həbs qətimkan tədbiri seçilib”.


Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google