Axmeta Bələdiyyəsində kişi arvadını və arvadının azyaşlı qohumunu yaralayıb - Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Axmeta Bələdiyyəsində arvadını və arvadının azyaşlı qohumunu yaralayan şəxs tutulub.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Axmeta bələdiyyəsinin Zemo Alvani kəndində qarşılıqlı münaqişə zəminində həyat yoldaşı 1981-ci il təvəllüdlü T.O. və həyat yoldaşının qohumu - 2009-cu il təvəllüdlü Q.M.-nı soyuq silahla yaralayıb, bundan sonra hadisə yerindən gizlənib”, - deyə məlumatda bildirilir.

Polis cinayət silahını - bıçağı sübut kimi götürüb. Ailə üzvünə qarşı xüsusi amansızlıqla törədilən adam öldürməyə cəhd faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima 19-109-cu maddəsi ilə aparılır.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google