Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə,
təqsirləndirilən şəxslər
kommersiya mənfəəti əldə etmək üçün texniki qüsurlu avtomobilə
müsbət baxış aktı veriblər.
Qurumdan verilən məlumata görə, iki nəfər kommersiya məqsədi ilə
rüşvət alma və saxta sənədlərin hazırlanması və verilməsi
faktlarında ittiham olunub.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslərdən
biri - Tbilisidə texniki baxış mərkəzində müfəttiş işləyən və
avtonəqliyyat vasitələrinin texniki reqlamentin tələblərinə uyğun
sınaqdan keçirilməsinə cavabdeh olan şəxs, texniki cəhətdən qüsurlu
avtomobilə baxış şəhadətnaməsi vermək üçün vətəndaşdan müəyyən
məbləğdə pul tələb edib və bu vaxt ifşa olunub” –
Maliyyə Nazirliyinin istintaq xidmətinin dərc olunmuş məlumatında
yazılıb.
Agentliyin məlumatına görə, işin istintaqı Gürcüstan Cinayət
Məcəlləsinin 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetməni
nəzərdə tutan 221 və 362-ci maddələri ilə davam etdirilir.