Tbilisi "Cümə" məscidində yanğın baş verib
Bu gün, 25 mart tarixində, saat 12 radələrində Tbilisi "Cümə" məscidində yanğın baş verib. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş vermiş qısaqapanma olub.

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminovun "Marneuli" radiosuna verdiyi məlumata görə, yanğın dəstəmazxanada qeydə alınıb.

"Yanğın dəstəmazxanada baş verib. Məscidə ziyan dəyməyib. Ciddi bir şey yoxdur. Yanğınsöndürənlər hadisə yerinə tez bir zamanda gəldilər. Yanğının qarşısı tez bir zamanda alındı. Məscidə heç bir ziyan dəyməyib. Narahatçılığa əsas yoxdur. Ehtimal olunur ki, yanğın elektrikdən baş verib. Son nəticə araşdırmadan sonra məlum olacaq".

@kamil___7771

Tesi meydan mescit yanıyor#

♬ orijinal ses - kamil

Hadisə yerinə Fövqaladə Halların İdarəolunması Agentliyinin əməkdaşları cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı tez bir zamanda alınıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google