Poniçalada sevgilisinə xəsarət yetirən qız məhkəmə tərəfindən 30 min lari girov qarşılığında sərbəst buraxılıb
Məhkəmə Poniçalada sevgilisinə xəsarət yetirən qızı 30 min lari girov qarşılığında sərbəst buraxıb.

Məhkəmədə müttəhim Maka Aleksandrianın dediyinə görə, o, ən yaxın dostu və sevgilisi tərəfindən xəyanətin qurbanı olub.

Prosesdə təqsirləndirilən şəxs deyib: “Qarşıdurma mən ona hər şeyi ərinə danışacağımı və başqa əhvalatları da danışacağımı dedikdə başladı."

Təqsirləndirilən şəxsin vəkilinin sözlərinə görə, cinayət başqa şəxsin həyatına zərər vurmaq məqsədi daşımayıb.

Vəkilin sözlərinə görə, məhkəmə mənəvi tərəfi də nəzərə alıb.

“Mənim himayəmdə olan şəxsin də bəzi xəsarətləri var. Yaralar olduqca ağır idi. Hər iki tərəf arasında qarşılıqlı mübahisə zəminində qarşıdurma olub”, - deyə vəkil bildirib.

Məlumat üçün bildirək ki, martın 23-də Poniçalada 28 yaşlı qadın soyuq silahla 30 yaşlarında olan kişini yaralayıb.

Mənbə: İnterPressNews

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google