İmereti polisi hədə-qorxu ilə pul tələb ittihamı ilə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, İmereti Polis İdarəsi və Çiaturi Regional Şöbəsinin əməkdaşları V.K.-nı hədə-qorxu ilə pul tələb etməkdə ittiham edərək saxlayıb.

İstintaqda müəyyən edilib ki, təqsirləndirilən şəxs öz kriminal səlahiyyətlərindən istifadə edərək Çiaturi bələdiyyəsində yaşayan sahibkar Ş.Q.-dən sistemli şəkildə müxtəlif məbləğlərdə pul tələb edib.

Bu ilin mart ayında təqsirləndirilən şəxs yenidən sahibkardan müəyyən məbləğdə pulun ödənilməsini tələb edib və rədd cavabı aldıqdan sonra daha inandırıcı olması üçün onun və ailə üzvlərinin həyatına son qoyacağı və fiziki cəza ilə hədələyib.

Hədə-qorxu ilə tələb etmə faktı üzrə istintaq Cinayət Məcəlləsinin 4 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 181-ci maddəsinin 1-ci hissəsi ilə aparılır.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google