Aptekdə psixotrop dərmanlar reseptsiz satılıb - 5 nəfər saxlanılıb
Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, Acarıstanda qanun pozuntusu ilə fəaliyyət göstərən, psixotrop və xüsusi nəzarətdə olan narkotik vasitələrin qanunsuz satıldığı aptek müəyyən edilib.

“Araşdırmalar nəticəsində Acarıstan rayonunda qanun pozuntusu ilə fəaliyyət göstərən, bəzi hallarda icazəsiz və ya müvafiq icazə şərtlərini pozan müxtəlif adda psixotrop dərmanlar və s. xüsusi nəzarət reseptsiz satılıb”, – istintaqın ifadəsində yazılıb.

İstintaq xidmətinin məlumatına görə, qanunsuz fəaliyyəti ört-basdır etmək məqsədilə aptek üç müxtəlif hüquqi şəxsin adı ilə fəaliyyət göstərib.

“Qanunsuz sahibkarlıq fəaliyyəti faktı üzrə 3 hüquqi şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, qanunsuz sahibkarlıq fəaliyyəti və qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə isə 6 fiziki şəxs barəsində cinayət təqibi başlanıb, onlardan 5 nəfər saxlanılıb.

Müəyyən edilib ki, aptek müdirləri tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində 1 milyon lariyə yaxın qanunsuz gəlir əldə edilib, sonradan bu gəlir müxtəlif şəxslərin bank hesablarına köçürülərək qanuniləşdirilib və leqallaşdırılıb”,
- deyə məlumatda bildirilir.

İstintaq xidməti tərəfindən təqsirləndirilən şəxslərə məxsus külli miqdarda psixotrop dərman və 2 avtomobil aşkar edilərək götürülüb.

Cinayət 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google