Türkiyədə İsrail kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb
Türkiyə hüquq-mühafizə orqanları İsrail kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 8 nəfəri saxlayıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Türkiyədə İsrail kəşfiyyatının diqqət mərkəzinə düşmüş şəxslər və şirkətlər haqqında məlumatları toplayan, toplanan məlumat və sənədləri İsrail kəşfiyyat xidmətinin nümayəndələrinə ötürən şəxslərə qarşı təşkil edilən KÖSTEBEK-3 əməliyyatı çərçivəsində 8 şübhəli saxlanılıb”, - o qeyd edib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print Email
FaceBook Twitter Google