Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib
Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib. Mərkəzdə baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Qeyd edilir ki, zərərçəkənlərdən daha biri xəstəxanada dünyasını dəyişib. Bununla da ölənlərin sayı 4 nəfərə çatıb.

Daha üç zərərçəkən yanıq mərkəzinə aparılıb. Həkimlərin sözlərinə görə, partlayış nəticəsində xəsarət alanlardan biri reanimasiyada, ikisi cərrahiyyə palatasındadır.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

İstintaq “Elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektlərində təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə aparılır. Cəza 6 ildən 10 ilə qədər həbsdir.

"Marneuli" Radiosu

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google