Prokurorluq: Samtrediada kişi arvadının qardaşı tərəfindən öldürülüb, cinayəti isə öldürülən şəxsin həyat yoldaşı öz boynuna götürüb
Prokurorluq Samtrediada ərini qətlə yetirməkdə təqsirləndirilərək saxlanılan qadınla bağlı aydınlaşdırıcı açıqlama verib və qeyd edib ki, iş üzrə aparılan istintaq zamanı qətlin sözügedən qadın tərəfindən deyil, onun qardaşı tərəfindən törədildiyi müəyyən edilib.

Agentliyin məlumatına görə, mərhumun həyat yoldaşı törətmədiyi cinayətdə - ərinin qətlində ittiham olunub.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar çərçivəsində birinci mərhələdə ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən şəxsin həyat yoldaşına ittiham irəli sürülüb, lakin əldə etdiyi yeni sübutlarla istintaq zamanı müəyyən edilib ki, aprelin 2-də Samtredia şəhərində zərərçəkmiş ailə münaqişəsi zəminində öz evində 3 nəfər, yəni həyat yoldaşının qardaşları və qohumu tərəfindən döyülüb.

Döyülən şəxs bu barədə hüquq-mühafizə orqanlarına məlumat verəcəkmiş, buna görə də arvadının qardaşı azyaşlı oğlunun gözü qarşısında bıçaqla onun bədəninə çoxsaylı xəsarətlər yetirib, nəticədə zərərçəkmiş yerindəcə keçinib.

Qəza yerində olan daha iki nəfər, o cümlədən qətlə yetirilən şəxsin həyat yoldaşı hadisə ilə bağlı istintaqa yalan məlumat verib. İlk ifadəsində mərhumun arvadı özünü törətmədiyi cinayətdə - ərinin qətlində ittiham edib və etiraf edib.
Aprelin 5-də hüquq-mühafizə orqanlarının əməkdaşları yeni sübutlar əsasında 4 nəfəri saxlayıblar. Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib",
- prokurorluq yazıb.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google