“Baxa”, “Şramiani”, “Şoki” | DİN 7 nəfəri “Oğru dünyası” ilə əlaqədə ittiham edərək saxlayıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, “Oğru dünyası” ilə əlaqədə ittiham olunaraq 7 nəfər saxlanılıb, 5 nəfərə isə qiyabi ittiham irəli sürülüb.

Cinayətlər 15 ilə qədər həbslə cəzalandırılır.

“İntensiv istintaq, o cümlədən hakimin hökmü əsasında həyata keçirilən gizli istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, xaricdə yaşayan Gürcüstan vətəndaşı “oğru” dünyasının üzvlərinə yaxınlaşaraq onlardan maddi fayda müqabilində münaqişənin həllini istəyib. Öz növbəsində “oğru dünyası”nın üzvləri bu işə “qanuni oğruları” cəlb ediblər.

Sözügedən münaqişənin həlli üçün əldə etdikləri pulları şəxsən istifadə edib, “qanuni oğrulara”, yəni “İlo Kalininqradski” ləqəbli İlya Qaqloyevə və “Eşxa” ləqəbli Paata Vaşakidzeyə verməyiblər.

“Qanuni oğrular” “oğru dünyası”nın fəaliyyəti üçün mənimsənilən pullardan xəbər tutublar və bu hərəkətin müzakirəsi üçün “oğrular”ın məhkəməsi təşkil olunub. Bu işdə həmçinin “qanuni oğrular” – “İzik” ləqəbli Arik Mixaeli və “Maxo” ləqəbli Malxaz Darçiyev də iştirak edib.

Eyni zamanda, aparılan cinayət işinin istintaqı nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən “Oğru dünyası”nın fəaliyyətinə dəstək verməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü D.İ. (“Şok” ləqəbli) xaricdə “qanuni oğru” adı ilə hərəkət edərək mübahisə edən tərəfi qarşı tərəfin xeyrinə müəyyən məbləğdə pul ödəməyə məcbur etmişdi.

Təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış nəticəsində onların bir-biri ilə və xaricdəki “qanuni oğru”larla əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonları sübut kimi götürülüb”, - deyə məlumatda bildirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü Prima maddəsinin birinci hissəsi, 223-cü Prima maddəsinin ikinci hissəsi və 223-cü maddəsinin ikinci hissəsi ilə aparılır.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google