Doğuşun başlanmasını öyrənmək üçün 10 səbəb
Doğuşa hazırlaşan hamilə qadınlar bir neçə gün və
ya həftə əvvəlcədən xəstəxanaya yerləşməmələri üçün doğuşun
xəbərdaredici ilk əlamətlərinə diqqət etməlidirlər.
İstisnasız olaraq bütün hamilə qadınları doğuş vaxtının nə zaman
olacağı çox maraqlandırır. Və məhz bu suala dəqiq cavab vermək
mümkün deyil. Hətta əgər qadın,mayalanma tarixini dəqiqliklə
gününə,saatına kimi bilirsə də,hamiləliyin və uşağın inkişafına
təsir edən bütün faktorları nəzərə alaraq dəqiq tarix demək mümkün
olmur. Hər bir qadın-özəldir. Odur ki,hər bir hamilə qadının doğuşu
da öz ssenarisi üzrə keçəcək. Bu həmçinin doğuşun müddətinə də
aiddir. Normal fizioloji doğuş hamiləliyin 38-42-ci həftəsii
ərəfəsinə təsadüf edir. Orta hesabla götürülsə,həkimlər hesab edir
ki,normal hamiləlik 280 gün çəkir. Bu rəqəmdən yola çıxaraq,onlar
doğuş vaxtını hesablayırlar.
Doğuş vaxtını hesablamaq üçün bir neçə üsul mövcuddur.
Məs..,özünüzün də asan üsulla hesablaya biləcəyiniz bir üsulu qeyd
edim: Axırıncı menstruasiyanın ilk günündən geriyə doğru 3 təqvim
ayı çıxın,alınan tarixə isə bir həftə (7 gün) əlavə edin.
Məsələn,son menstruasiyanın ilk günü ,10 aprel olubsa ,geriyə doğru
3 ayı çıxsaq(mart,fevral,yanvar,) alınan tarix 10 yanvar edir,onun
da üzərinə 7 gün gələndə 17 yanvar. Deməli ,sizin doğuş tarixiniz
təxminən 17 yanvar tarixinə düşür.
Doğuşun vaxtını hesablamaq üçün sırf həkimin edə biləcəyi digər
üsullar da mövcuddur,məs,uşaqlığın ölçülərinə ,qarnın həcminə və
yerləşməsinə və s. əsasən. Ancaq bu üsullar da tam əminliklə
doğuşun dəqiq tarixini hesablamağa zəmanət vermir. Buna görə
də,doğuşa hazırlaşan hamilə qadınlar bir neçə gün və ya həftə
əvvəlcədən xəstəxanaya yerləşməmələri üçün doğuşun xəbərdaredici
ilk əlamətlərinə diqqət etməlidirlər.
Doğuşun xəbərçiləri.
Doğuş günü yaxınlaşdıqca,bir sıra müəyən əlamətlər meydana çıxır
ki,bunlar doğuşa az müddət qaldığından xəbər verirlər.
1.Tənəffüs etmək asanlaşır.
Uşağın aşağıya doğru yerdəyişməsi nəticəsində diafraqma və mədəyə
düşən təzyiq azalır.Tənəffüs rahatlaşır.Mədədə göynəmə hissi
keçir.Eyni zamanda qarnın aşağı hissəsinə düşən təzyiq
artır.Oturmaq və gəzmək bir qədər çətinləşir.Uşağın aşağı doğru
yerdəyişməsindən sonra hamilə qadında yuxu problemi yarana
bilər,çünki bu zaman uzanmaq üçün uyğun vəziyyət tapmaq bir qədər
çətin olur.
2.İştahanın dəyişməsi.
Doğuşdan öncə iştaha dəyişə bilər.Əksər hallarda iştahasızlıq
yaranır.Yaxşı olar ki,bu dövrdə ərzaq seçərkən qadın öz
intuisiyasına güvənsin və istədiyi ərzaqdan istədiyi qədər
yesin.Özünü məcbur edib " iki nəfərin yerinə” yemək lazım
deyil.
3.Bədən kütləsinin azalması.
Doğuşdan öncə qadının çəkisi bir qədər azala bilər,təxminən 1-2
kq.Bunun isə səbəbi amnion kisəsini böyük hissəsini tutmuş dölün
həcmi iə müqayisədə kisədə artıqlıq edən dölyanı mayenin qana
sorulması və sidik-ifrazat sistemi tərəfindən xaric olunmasıdı.Bu
zaman qanın maye hissəsinin azalması hesabına qanda bir az
qatılaşma da yaranır ki,bu ,doğuş vaxtı həddən artıq qanitirmənin
qarşısını almağa kömək edir.
4.Qarnın "enməsi”.
Qadın hiss edə
bilər ki,qarnı bir qədər aşağı enib.Qarnın enməsinin səbəbi,dölün
öndə gələn hissəsinin (baş,çanaq və s) enməsi , kiçik çanağın
girişinə doğru yerdəyişməsi və qarnın press əzələlərinin tonusunun
azalması hesabına uşaqlıq dibinin önə doğru meyl etməsi ilə
əlaqədardır.Uşaq çanaq nahiyəsində daha dərinə doğru enməyə
başlayır.İlk doğan qadınlarda bu hadisə doğuşa 2-4 həftə qalmış
müşahidə olunursa,təkrar doğanlarda bir neçə gün əvvələ təsadüf
edir.
5.Əhval-ruhiyyənin gözlənilmədən
dəyişilməsi.
Əhval –ruhiyyənin dəyişilməsi,doğuş
öncəsi orqanizmdə baş verən bir sıra neyro-endokrin prosesslərlə
əlaqəli olur.Enerji partlayışları müaşhidə oluna bilər.Yorğunluq və
inert vəziyyət qəfildən aktiv fəaliyyətlə əvəz oluna
bilər.”Yuvaqurma” instinkti yaranır:qadın uşağın gəlişinə
hazırlaşır:evi təmizləyir,yuyur,yığışdırır və s..Sadəcə ifrata yol
vermək və özünü həddən çox yormaq lazım deyil.
6.Sidiyə çıxmanın və defekasiyanın sayının
artması.
Sidik kisəsinə göstərilən təzyiq
artdığından sidiyə çıxmaq istəyinin tezliyi artır.Doğuş hormonları
bağırsaqlara da təsir edərək,bir növ doğuş qabağı "təmizlənmə”
həyata keçirirlər.Bəzi qadınlarda siə,qarnın aşağı hissəsində
yüngül spazm və ishal ola bilər.
7.Belin aşağısında ağrı.
Uşağın aşağı
doğru yerdəyişməsindən sonra ,qadın belin aşağı hissəsində
diskomfort hiss edə bilər.Bunun səbəbi isə bir tək uşağın onurğaya
göstərdiyi təzyiq yox,eyni zamanda büzdüm-qalça bağının gərilməsi
hesabına olur.
8.Dölün hərəki aktivliyinin
dəyişilməsi.
Uşaq ya bir müddətliyinə sakit
durar,ya da aktiv hərəkətlər edər,bir növ özünün doğulması üçün
uyğun ritm və vaxt seçməyə başlayır.
9.Yalançı sancılar
Hamiləliyin 30-cu
həftəsindən sonra yalancı sancılar müşahidə oluna
bilər.Qeyri-müntəzəm olan bu sancıları doğuşun hazırlıq
(preliminar) dövründə səhv olaraq doğuşun başlanması kimi
qiymətləndirilir.Hamilə qadın,bu tip sancıları doğuşa bir neçə
həftə qalmış da hiss edə bilər.Əgər sancılar müntəzəm ritmə
düşmürlərsə və sancıarası dövr get-gedə qısalmırsa,bu sancılar
doğuşun bir qısa müddət ərzində başlanmasına dəlalət etmir.
10.Doğuşun başlanmasının 3 əsas əlaməti
var:
-Sancı-Doğuşun başlanğıcını, uşaqlıq əzələlərinin müntəzəm
yığılmalarının başlanması anını hesab etmək olar.Bu andan etibarən
hamilə qadını zahı adlandırırlar.Ritmik yığılmalar qarın boşluğunda
təzyiq hissiyatı ilə özünü biruzə verir.Uşaqlıq sanki ağırlaşır,
təzyiq bütün qarın boşluğunda hiss olunur. Bu zaman sancının özü
yox, onun hansı ritmlə təkrarlanması vacib əhəmiyyət daşıyır. Əsl
doğuş sancıları hər 15-20 dəqiqədən bir təkrarlanmalıdırlar.(başqa
dövrilik də ola bilər)Tədricən interval azalır: sancılar hər 4-5
dəqiqədən bir təkrarlanır. Sancılar arası dövrdə qarın yumşalır, bu
zaman zahı qadın istirahət etməyə çalışmalıdır.
-Uşaqlıq yolundan boyun seliyinin xaric olması-selik tıxacı.Selik
tıxacı doğuşdan 1-2 həftə öncə də xaric ola bilər, 3-4 gün öncə
də.Bu uşaqlıq əzələlərinin yığılmasından sonra baş verir,.uşaqlıq
boynu kanalının genişlənməsi başlayır ,bu zaman həmin nahiyədən
tıxac ifraz olunur.Selik tıxacı hamiləlik ərzində uşaqlıq boynu
kanalının bağlı qalmasını təmin edirdi,bununla da onu xarici mənfi
təsir və yoluxmalardan qoruyurdu.Selik tıxacının çıxması doğuşun
başlandığını göstərən mütləq əlamətlərdən biridi.Selik tıxacı
şəffaf,sarımtıl və ya qanla qarışmış şəkildə ola bilər.
-Dölyanı mayenin açılması.Döl kisəsi qəfil cırıla bilər bu zaman su
güclü axınla xaric olur,bəzən isə kisənin az zədələnməsi hallarında
yavaş-yavaş axa bilər.Bəzən,xüsusən də təkrar doğan qadınlarda
dölyanı mayenin açılması,sancılar başlamamış ola bilər.Döl
kisəsinin cırılması zamanı heç bir ağrı hiss olunmur.Sancılardan
öncə su açılmışsa.dərhal xəstəxanaya getmək lazımdır.
Mənbə-Qadınla.com