Naringinin tərkibində yüksək dərəcədə kalium var. Kalium qanın
laxtalanmasını azaldır. Naringi həmçinin, insult riskini də 19%
aşağı salır.
Schulich Tibb Məktəbində damar biologiyası üzrə alimi Murray
Huff-un başçılıq etdiyi tədqiqat qrupu bununla bağlı araşdırma
aparıblar. Tədqiqatda naringinin tərkibindəki flavonoidin də insana
təsiri araşdırılıb. Tədqiqatın nəticəsi, “Diabetes” jurnalında dərc
olunub.
Laboratoriyada metabolik sindrom modelində siçanlar üzərində
aparılan araşdırma göstərib ki, naringi ilə qidalanmayan siçanlarda
xolesterol və trigliseridlər, qanda insulin və qlükoza səviyyəsi
yüksəlib. və yağlı qaraciyər. Bu nəticələr də ürək-damar
xəstəliklərini və 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə
artırır.
Amma naringi ilə qidalanan siçanlarda bu göstəricilərin səviyyəsi
aşağı olub. Bu tədqiqatdan sonra naringinin insan orqanizminə
müsbət təsirləri olduğu sübut olunub. Amma bu bütün insanlara eyni
dərəcədə təsir edəcək demək deyil. Çünki insan orqanizmi fərqlidir
və müxtəlif reaksiyalar verə bilər.
Tədqiqat Pfizer Kanada Ürək-Damar Tədqiqat Proqramının və Ontario
Ürək və İnsult Fondunun dəstəyi ilə maliyyələşdirilib. Bu tip
tədqiqatların davam etdirilməsi planlaşdırılır.
Mənbə: saglamolun.az