"Instagram", "TikTok", "Facebook" və bütün digər sosial media
platformaları alqoritmləri ilə istifadəçilərini maraqlandıracaq
məzmun təklif etməyi qarşısına məqsəd qoymuşdur.
Ancaq bəzən tətbiqdən istifadə tərziniz və ya telefonunuzu
dostunuza verdiyiniz 10 dəqiqəlik vaxt alqoritmi sözün əsl
mənasında alt-üst edə bilər və yayımınız sizi maraqlandırmayan
onlarla məzmunla doldurula bilər.
"TikTok" rəsmiləri isə bu problemə həll yolu tapmaq və
istifadəçilərin hər dəfə yeni hesab açmasını əngəlləmək üçün
"Yenilə" funksiyasını istifadəyə verib. Bu funksiya ilə
istifadəçilər istədikləri zaman alqoritmlərini sıfırlaya
biləcəklər.
İzlədiklərinizə və profilinizə bu sıfırlama təsir etməyəcək.
"Yenilə" adlı bu yeni funksiya sayəsində istifadəçilər "TikTok"un
parametrlər bölməsinə daxil olaraq "Sizin üçün yenilə nişanı"
seçimini etdikdən sonra alqoritmdə saxladıqları məlumatları
sıfırlaya biləcəklər. Bununla belə, xatırladaq ki, bu funksiya
yalnız "TikTok"da "Sizin üçün yenilə nişanı" bölməsini sıfırlayır
və izlədiklərinizi, profilinizi və məzmun seçimlərinizi
dəyişməyəcək.
Həmçinin, rəsmilər bildirirlər ki, bu sıfırlamadan sonra onu geri
qaytara bilməyəcəksiniz.
Milli.Az