Ən faydalı tərəvəzlərdən biri olan pomidor orqanizmi vacib vitamin
və minerallarla təmin edir, ürək-damar və xərşəng xəstəliklərindən
qoruyur.
Lakin bu faydalı məhsulun da müəyyən əks-göstərişləri mövcuddur.
Beləliklə, hansı xəstəliklər zamanı çoxlu pomidor yemək arzuolunmaz
sayılır?
1. Allergiya
İstənilən digər parlaq meyvə-tərəvəz və giləmeyvələr kimi, pomidor
da allergiyaya səbəb ola bilər.
2. Öd daşı xəstəliyi
Saglamolun.az bildirir ki, orqanik turşularla zəngin olan pomidor
həzm proseslərini yaxşılaşdırır, ödün ifrazını artırır. Bu çox
yaxşı xüsusiyyət olsa da öd daşı xəstəliyindən əziyyət çəkənlərə
ziyan vura bilər.
3. Böyrək xəstəlikləri
Pomidor turşəng turşusu ilə zəngin olduğundan bəzi buna meylli olan
insanlarda böyrəklərdə daşların əmələ gəlməsinə və böyüməsinə səbəb
ola bilər.
4. Artrit, podaqra
Bunun səbəbi yenə də turşəng turşusudur. Turşəng turşusu oynaqlarda
"duzlar"ın yığılmasına və iltihaba səbəb olur.
5. Mədə xorası və qastrit
Turşularla zəngin olan pomidor mədənin divarlarını qıcıqlandıraraq
xora və qastritin kəskinləşməsinə səbəb ola bilər.
Saglamolun.Az